13 oktyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin Ümumi səriştələrin qiymətləndirilməsi sektorunun böyük məsləhətçisi Nazlı Abduləlimova və həmin sektorun məsləhətçisi Pərvin Balabəyova tərəfindən “Nəticələrin əldə olunmasına yönəlmiş fəaliyyətin planlaşdırılması və vaxtın effektiv idarə edilməsi” mövzusunda təlim təşkil edilib. Təlimdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları iştirak ediblər.
Təlim zamanı iştirakçılar işin səmərəli planlaşdırılması, prioritetlərin müəyyənləşdirilməsi və vaxtdan effektiv istifadə ilə bağlı bilik və bacarıqlarını inkişaf etdiriblər.
Həmçinin, nəticəyönümlü planlaşdırma prosesində risklərin nəzərə alınması, dəyişən şəraitdə qərarların qəbul edilməsi və işin gedişinə nəzarət yanaşmaları haqqında müzakirələr aparılıb. Daha sonra iştirakçıların əldə etdikləri bilik və bacarıqların möhkəmləndirilməsi məqsədilə praktiki tapşırıqlar təqdim olunub
Sonda iştirakçıların sualları cavablandırılıb.