Dövlət İmtahan Mərkəzi ölkədaxili sərnişin və yük daşımaları, həmçinin beynəlxalq yük daşımaları həyata keçirən sürücülər üçün 29 sentyabr 2026-cı il tarixində imtahan keçirib.
İmtahan DİM-in elektron imtahanlar korpusunda təşkil olunub.
İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytına yerləşdiriləcək.
Xatırladaq ki, imtahanda iştirak etmək üçün ümumilikdə 587 namizəd qeydiyyatdan keçib. Onlardan 544 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 353 namizəd (BYD – 53, ÖSD – 91, ÖYD - 209) tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 30 sentyabr və 1 oktyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.