Dövlət İmtahan Mərkəzi 8-ci və yuxarı sinif şagirdləri üçün “Peşə seçimi" alətindən yararlanmaq imkanı təqdim edir.
Fevralın 20-də Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda “Peşə seçimi” testi keçiriləcək. Xatırladaq ki, “Peşə seçimi” aləti şagirdlərin maraq və bacarıqlarını müəyyənləşdirməyə kömək edən diaqnostik platformadır. Siz bu testlərdən keçməklə gələcək ixtisasınızı müəyyən edə bilərsiniz.
Bu alət aşağıdakı üç əsas istiqaməti əhatə edir:
1. Təfəkkür növləri üzrə test
2. Şəxsi xüsusiyyətlər testi
3. Peşə maraqları testi
Bu testlər Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla tətbiq edilib və praktiki səmərəliliyi təsdiqlənib.
Testdən keçdikdən sonra nəticələr dərhal hesablanır və iştirakçının göstərdiyi elektron poçt ünvanına avtomatik göndərilir.
Testdə iştirak etmək üçün qeydiyyat 19 fevral saat 15:00-dək davam edəcək.
Gələcəyinizi qurmaq və doğru peşə yolunu seçmək üçün ilk addımı bizim alətlə birlikdə atın!