7 avqust 2026-cı il tarixində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün Dövlət İmtahan Mərkəzinin Ümumi səriştələrin qiymətləndirilməsi sektorunun məsləhətçisi Aynurə Abdalova və Pərvin Balabəyova tərəfindən nəzəri və praktik hissələrdən ibarət olmaqla “Peşəkar mühitdə effektiv ünsiyyət” mövzusunda təlim keçirilib.
Təlim zamanı effektiv kommunikasiya prosesi və ünsiyyətə mane olan amillər, aktiv dinləmə, arqumentasiya və inandırma, konstruktiv geribildirim və gələcəyə yönəlik geribildirim (feedforward) mövzuları əhatə olunub.
Təlim interaktiv formatda təşkil olunub, nəzəri məlumatlarla yanaşı, iştirakçılar qrup müzakirələri, praktiki tapşırıqlar və situasiya əsaslı çalışmalar vasitəsilə təqdim olunan texnikaları tətbiq ediblər. Sonda iştirakçıların sualları cavablandırılıb.