Dövlət İmtahan Mərkəzi tərəfindən 21 may 2026-cı il tarixində Azərbaycan Respublikası Energetika Nazirliyinin əməkdaşları üçün “Proqramların idarə olunması: Dövlət proqramları” mövzusunda təlim keçirilib.
Təlim zamanı Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Zeynal Cabarov tərəfindən iştirakçılara proqramların planlaşdırılması, proqram sturukturunun qurulması, risk idarəetməsi, icra və koordinasiya, monitorinq sistemi, qiymətləndirmə metodologiyası, uğur faktorları və çətinliklər, dəyişikliklərin idarə olunması və s. məsələlər barədə ətraflı məlumat verilib.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.