Dövlət İmtahan Mərkəzi 24 may, 7 iyun, 5 iyul və 12 iyul tarixlərində keçirilmiş qəbul imtahanlarından sonra iştirakçıların imtahan təcrübəsinin öyrənilməsi məqsədilə onlayn sorğu keçirir.
Sorğunun keçirilməsində əsas məqsəd imtahan prosesi ilə bağlı iştirakçıların fikirlərini öyrənmək və ümumi məmnunluq səviyyəsini qiymətləndirməkdir. Əldə olunacaq nəticələr imtahanların təşkilinin daha da təkmilləşdirilməsi istiqamətində istifadə olunacaq.
Sorğuda yalnız qəbul imtahanı verən abituriyentlər iştirak edə bilərlər.
Sorğunun linki hər bir abituriyentin imtahan nəticəsi ilə bağlı səhifəsinə yerləşdirilib.
https://eservices.dim.gov.az/2026/netbak/
Dövlət İmtahan Mərkəzi bütün imtahan iştirakçılarını sorğuda fəal iştirak etməyə dəvət edir.