22 iyul 2026-cı il tarixində Naxçıvan şəhərində “Rəngkarlıq” ixtisasının rəngkarlıq fənni üzrə keçirilmiş qabiliyyət imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən apellyasiya komissiyası təşkil ediləcək.
Apellyasiya komissiyası 27 iyul 2026-cı il tarixində saat 10:00-dan 12:00-dək fəaliyyət göstərəcək.
|
Tarix |
Komissiyanın nömrəsi |
Fənn |
Ünvan |
|
27.07.2026 |
10 |
Rəngkarlıq |
Dövlət İmtahan Mərkəzinin Naxçıvan MR Regional bölməsi, Naxçıvan şəhəri, Atatürk küçəsi,3 |
Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyət təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi ilə birlikdə şəxsən binaya yaxınlaşıb ərizə yazmalıdırlar.
Qeyd: Təsviri incəsənət müəllimliyi ixtisasının daxil olduğu 13-cü komissiya üzrə, həmçinin 9 illik bazada 211-ci komissiya üzrə apellyasiya müraciətlərinin elektron formada qəbul olunması nəzərdə tutulur. Hər iki komissiya üzrə qabiliyyət imtahanları yekunlaşdıqdan sonra bu barədə ətraflı məlumat veriləcək.