Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən 3 noyabr 2026-cı il tarixində yerli icra hakimiyyəti orqanlarının əməkdaşları üçün onlayn formatda “Rəsmi-işgüzar üslubda Azərbaycan dilinin istifadə qaydaları” mövzusunda təlim keçirilib.
Təlim zamanı Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin əməkdaşları Zeynal Cabarov və Miranə Rüstəmli tərəfindən iştirakçılara Azərbaycan dili haqqında qısa məlumat, düzgün nitqin mahiyyəti və əhəmiyyəti, rəsmi-işgüzar üslubun tələbləri, dövlət sənədlərində ən çox rast gəlinən qrammatik və orfoqrafik səhvlər, rəqəmsal etiket və elektron yazışma qaydaları və s. məsələlər barədə ətraflı məlumat verilib.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.