9 avqust 2026-cı il tarixində keçiriləcək rezidenturaya qəbul imtahanının ikinci mərhələsində (ixtisas fənləri) iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Qeyd edək ki, imtahan elektron formada kompüterlər vasitəsilə keçiriləcək.
İştirakçılar buraxılış vərəqəsini buradan çap edə bilərlər. “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, yer, bina, zal, başlanma vaxtı və namizədin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
Namizədlər imtahan qaydaları ilə "Yaddaş kitabçası"nda tanış ola bilərlər. Elektron imtahan sisteminə aid təlimatla isə buradan tanış olmaq mümkündür.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- “İmtahana buraxılış vərəqəsi".
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.