Seminarlarda Bakı şəhərinin ümumtəhsil, ali təhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak ediblər.
Gündəlik məsələ seminarların iş planının təsdiqi, ümumi (9 illik) və tam orta təhsil (11 illik) səviyyələri üzrə buraxılış imtahanları proqramlarının müzakirəsi olub. Seminar iştirakçıları gündəlik məsələ barədə çıxış edərək fikir və təkliflərini bildiriblər.
Növbəti seminarda (16 oktyabr 2019-cu il tarixdə, saat 14:00-da rus dili (rus bölməsi), saat 15:30-da rus dili (xarici dil kimi Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı); müzakirələr davam etdiriləcək.