Azərbaycana ilk dəfədir gəlmişəm. Bakının tarixi abidələri çox xoşuma gəlir.
Bu sözləri IAEA 2019 konfransının iştirakçıları üçün təşkil edilən Bakı turu zamanı Pakistanın Ağa Xan Universitetində İmtahan Komissiyasının sədri, dosent Şehzad Civa deyib.
“Bələdçi Fuad Axundov bizə Bakının tarixi barədə geniş məlumat verdi. Şərqdə ilk dəfə olaraq qızlar seminariyasının məhz Bakıda açılmasını eşidəndə çox kövrəldim. Çünki qadının ziyalı olması bütöv bir ailənin savadlanmasına gətirib çıxarır. Şəhərin tarixi çox zəngindir. Olduğum hər bir yerdən zövq aldım”, - deyə Şehzad Civa bildirib.
Qeyd: Məlumatın hazırlanmasında konfransın rəsmi media tərəfdaşı AZƏRTAC-ın materiallarından istifadə olunub.