14 fevral 2025-ci il tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün Dövlət İmtahan Mərkəzinin Ümumi səriştələrin qiymətləndirilməsi sektorunun müdiri Anar Cəfərov və həmin sektorun məsləhətçisi Aynurə Abdalova tərəfindən “Səriştə əsaslı uğurlu liderlik” mövzusunda təlim keçirilib.
Təlim zamanı iştirakçılara liderliyin növləri, liderlik üslubları, liderlik səriştələri, diferensial liderlik, transaksional liderlik və s. barədə geniş məlumat təqdim edilib.
Sonda isə iştirakçıları maraqlandıran suallar kazuslar əsasında ətraflı müzakirə olunub.