Struktur bölmə: Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsi, İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektoru
Vəzifənin adı: könüllü
Qulluq funksiyaları:
-
Azərbaycan dilində psixoloji mövzulara dair mətnlərin, məlumatların yazılması;
-
Tərcümə edilmiş mətnlərin redaktə edilməsi;
-
Mövzulara dair etibarlı mənbələr üzrə araşdırmaların aparılması.
Namizəddən tələb olunan keyfiyyətlər:
-
Qrammatik qaydalara uyğun yazı qabiliyyəti;
-
Verilən tapşırıqların vaxtında təhvil verilməsi;
-
İşə qarşı intizamlı və komanda ilə işləmə bacarığı.
Təhsilə dair tələblər: Psixologiya ixtisası üzrə təhsil alan tələbələr, eləcə də bu ixtisas üzrə ali (bakalavr) təhsili olan məzunlar
İş stajına dair tələb: tələb müəyyən edilmir
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office
Dil biliklərinə dair tələblər: Azərbaycan dili – C1/C2, rus dili arzuolunandır.
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər öz “CV”si ilə bərabər “İmtahan stresi” mövzusunda 350 sözədək yazdığı mətni mövzu bölməsində “İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunda könüllü” qeyd olunmaqla psixoloq@dim.gov.az elektron poçt ünvanına 25 iyun 2024-cü il tarixinədək göndərə bilərlər.
Qeyd: Sonda könüllüyə Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsi tərəfindən müvafiq sertifikat təqdim ediləcəkdir.