Struktur bölmə: Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsi, Ümumi səriştələrin qiymətləndirilməsi sektoru
Vəzifənin adı: məsləhətçi
Qulluq funksiyaları:
• Situasiya mühakimə testləri üzrə tapşırıqlar hazırlamaq, digər əməkdaşların hazırladıqları test tapşırıqlarının ekspertizasında iştirak etmək;
• Müxtəlif qiymətləndirmə alətləri (rol oyunları, qərarvermə testləri, simulyasiya tapşırıqları və s.) hazırlamaq;
• Ümumi səriştələrin ölçülməsi üzrə alətlərin hazırlanması üçün dövlət qulluqçuları ilə müsahibələr keçirmək, real iş situasiyalarından ibarət məlumat bazası yaratmaq;
• Ümumi səriştələr və digər mövzular üzrə dövlət qulluqçularına təlimlər keçmək;
• Müxtəlif qiymətləndirmə alətlərinin hazırlanması üzrə təşkilatdan kənar test müəllifləri ilə əməkdaşlıq etmək, onların hazırladıqları alətlərin ekspertizasında iştirak etmək;
• Ümumi səriştələrin qiymətləndirilməsi üzrə elektron imtahanların proqram təminatı üçün texniki tapşırıqlar hazırlamaq;
• Səriştə əsaslı müsahibələri keçirmək;
• İngilis dilindən mətnləri tərcümə etmək.
Təhsilə dair tələblər: humanitar və sosial ixtisaslar qrupu üzrə ali təhsil
İş stajına dair tələb: tələb müəyyən edilmir
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office
Xarici dil biliklərinə dair tələblər: İngilis dili – B2
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər öz "Kadrlar uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində Ümumi səriştələrin qiymətləndirilməsi sektorunda məsləhətçi" qeyd olunmaqla hr@dim.gov.az elektron poçt ünvanına 15 iyun 2024-cü il tarixinədək göndərə bilərlər.
Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.
Dövlət İmtahan Mərkəzində mövcud olan digər vakansiyalarla buradan tanış ola bilərsiniz.