Dövlət İmtahan Mərkəzi tərəfindən 27 aprel 2024-cü il tarixində “SOCAR” əməkdaşlarının 7 və 8-ci siniflərdə təhsil alan övladlarının müsabiqə əsasında Almaniyada yay düşərgəsi proqramında iştirakı üzrə test imtahanı keçirilib.
İmtahan DİM-in inzibati binasında kompüter vasitəsilə elektron qaydada keçirilib 82 nəfər iştirak edib.
İmtahanın sonunda hər bir namizədə imtahan nəticəsi haqqında arayış təqdim edilib.