Dövlət İmtahan Mərkəzi tərəfindən 5 iyun 2025-ci il tarixində “SOCAR” əməkdaşlarının 7 və 8-ci siniflərdə təhsil alan övladlarının müsabiqə əsasında Almaniyada yay düşərgəsi proqramında iştirakı üzrə test imtahanı keçirilib.
İmtahan DİM-in elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçirilib və 126 nəfər iştirak edib.
İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytına yerləşdirilib.