Sərgi 2022-ci il 15 oktyabr tarixində Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Dövlət Məşğulluq Agentliyinin mərkəzi karyera filialının tərəfdaşlığı və “World” karyera və peşə mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib
Tədbirdə dövlət qurumları, xarici dil kursları, xaricdə təhsil mərkəzləri, pəşə təhsili məktəbləri, İT və dizayn kursları, peşə təhsili və ixtisas artırma kursları, psixoloji mərkəzləri, kitab evləri və nəşriyyatlar iştirak ediblər.
Dövlət İmtahan Mərkəzinin (DİM) Strateji inkişaf şöbəsinin əməkdaşları tədbirdə iştirak edərək bilik və bacarıqlarını beynəlxalq səviyyədə sertifikatlaşdırmaq istəyən gənclərə beynəlxalq imtahanlar üzrə xidmətlər, DİM-in e-psixoloq.az elektron portalında təklif olunan konsultasiyalar və psixoloji testlər haqqında ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.
Təhsil və Peşə Mərkəzlərinin 1-ci Tanıtım Sərgisinin keçirilməsində məqsəd təhsil və peşə mərkəzlərinin fəaliyyəti haqqında ictimaiyyəti məlumatlandırmaq və eyni zamanda xidmətləri haqqında daha geniş məlumat verməkdir.
Sərgidə 60-a yaxın qurum və şirkət, eyni zamanda 3000-ə yaxın ziyarətçi iştirak edib.
Qeyd edək ki, DİM sərgidə rəsmi tərəfdaş qismində təmsil olunub.