Dövlət İmtahan Mərkəzi tərəfindən 3 noyabr 2026-cı il tarixində avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri, beynəlxalq yük daşımalarını həyata keçirən sürücüləri, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə imtahanlar keçirilib.
İmtahan DİM-in elektron imtahanlar korpusunda kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.
Yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi imtahanında isə 90 namizəd iştirak edib və 15 nəfər müvəffəqiyyət qazanıb.
Avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri üçün imtahanda 14 namizəd iştirak edib və 5 nəfər müvəffəqiyyət qazanıb.
Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin daşımalarını yerinə yetirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi imtahanında 66 namizəd iştirak edib və 46 nəfər müvəffəqiyyət qazanıb.
Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili yük daşımalarını yerinə yetirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi imtahanında isə 113 namizəd iştirak edib və 63 nəfər müvəffəqiyyət qazanıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 4 və 5 noyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.