• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iştirakçıları üçün tövsiyələr

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      02.03.2026 15:25

      Əziz şagirdlər!

      Məlumdur ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında hər fənn üzrə müəyyən sayda tapşırıq yazı işi (ətraflı həll və ya cavab yazılması tələb olunan) tapşırıqlarıdır. Qarşıdan gələn bu imtahanlarda daha rahat və effektiv nəticə əldə etməyinizə faydalı ola biləcək bir neçə tövsiyəni diqqətinizə çatdırırıq. Burada əvvəlcə imtahanda davranış qaydaları və imtahan sənədlərinə aid bir neçə tövsiyə qeyd edilib. Sonra isə konkret fənlər üzrə yazı işi tapşırıqlarını yerinə yetirərkən diqqət edilməli məqamlar yazılıb.

      1. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini və tünd-göy (və ya qara) rəngdə yazan diyircəkli qələm gətirməyi unutmayın;

      2. “İmtahana buraxılış vərəqəsi”ində göstərilən vaxtdan gec olmayaraq imtahan binasına gəlin;

      3. İmtahana telefon, planşet, qulaqlıq, çanta, kitab, dəftər, hesablama maşını (kalkulyator), şparqalka, alışqan və digər əlavə vəsaitlər (ləvazimatlar) gətirmək qadağandır;

      4. İmtahan zalında buraxılış vərəqəsində göstərilən yerdə əyləşin;

      5. İmtahan zalında imtahan qaydalarına və sakitliyə tam riayət etmək lazımdır;

      6. Zal nəzarətçisinin sizə verdiyi cavab vərəqində və sual kitabçasında yazılmış məlumatların sizə aid olduğunu dəqiqləşdirin, uyğunsuzluq olduqda dərhal nəzarətçiyə bu barədə məlumat verin;

      7. Cavab vərəqini qatlamayın, əzməyin, orada lazımsız qeydlər etməyin;

      8. Sual kitabçasında yazılmış qeydlər hüquqi əsasa malik deyil. Topladığınız bal hesablanarkən yalnız cavab vərəqindəki qeydləriniz nəzərə alınır;

      9. İmtahanda köçürmək və digər şagirdlərin köçürməsinə şarait yaratmaq qəti qadağandır. İmtahanın nəticələri emal olunarkən belə hal aşkarlanarsa, həmin şagirdlərin nəticələri ləğv ediləcəkdir;

      10. Tapşırıqları cavablandırmaq üçün ayrılmış vaxt tamam olduqda cavab vərəqinizi mütləq nəzarətçiyə təhvil verin;

      11. Yazı işi tapşırıqlarını səliqəli və oxunaqlı xətlə yazmaq lazımdır. Belə ki, yazı işi səliqəsiz, qarışıq və ya dağınıq xətlə yazıldıqda onun oxunmasında ciddi çətinlik yaranır və bəzi hallarda belə yazı işlərini ümumiyyətlə oxuyub qiymətləndirmək mümkün olmur;

      12. Yazı işlərini yerinə yetirərkən tünd-göy və ya qara rəngli diyircəkli qələmdən istifadə etmək tövsiyə olunur;

      13. Hər bir tapşırığı cavab vərəqində həmin tapşırıq üçün ayrılmış hissədə yerinə yetirmək lazımdır. Bu zaman cavab vərəqindəki həmin hissə tapşırığın sual kitabçasındakı nömrəsinə uyğun olmalıdır;

      14. Hər bir tapşırığı cavab vərəqində onun üçün ayrılmış hissədə çərçivədən kənara çıxmadan yerinə yetirmək lazımdır. Belə ki, cavab vərəqlərinin elektron təsvirləri hər tapşırıq üzrə ayrıldığı üçün çərçivədən kənarda yazılan hissələr bəzən təsvirdən kənarda qalır və bu hal həmin yazı işinin qiymətləndirilməsinə təsir göstərir.

      Hər bir fənn üzrə ayrıca tövsiyələrlə buradan tanış ola bilərsiniz.


      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2026 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram