Məşğələ ölkənin təhsil sistemində aparılan islahatlar, fənn kurikulumunun mahiyyəti, strukturu, qəbul imtahanında mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlara aid olub.
Mövzu ilə bağlı fənn üzrə moderator H.Cabbarov təqdimatla çıxış edib.
Kursda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji yönümlü fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Təqdimatdan sonra fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Növbəti məşğələ 24 oktyabr 2019-cu il tarixdə, saat 12.30-da (Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında) keçiriləcək.