Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti üzrə ümumi orta təhsil səviyyəsinin 140, 343 (Aktyor snəti), 141 (bədii yaradıcılıq), 142, 342 (Xoreoqrafiya sənəti), 143-cü (Rəqs müəllimliyi) qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçən abituriyentlər buraxılış vərəqələrini buradan çap edə bilərlər.
İmtahanlar Bakı şəhəri, Bülbül adına orta ixtisas musiqi məktəbində və 189-190 nömrəli tam orta məktəbdə, Naxçıvan şəhərində, Naxçıvan Dövlət Universitetinin Konservatoriya korpusunda keçiriləcək.
142, 342 (Xoreoqrafiya sənəti), 143-cü (Rəqs müəllimliyi) qabiliyyət imtahanı komissiyaları üzrə imtahana gələrkən abituriyentlər rəqs paltarı və sağlamlıq haqqında tibbi arayış gətirməlidirlər. Musiqi faylını mobil telefona yazıb gətirən abituriyentlərin telefonları imtahan binasına buraxılmayacaq. Abituriyentlər musiqi faylını fləşkart və ya diskə yazaraq imtahan binasına gətirməlidirlər. Yaddaş qurğusuna yazılmış faylın texniki vəziyyətinə və yararlı olmasına görə abituriyent özü məsuliyyət daşıyır.
Abituriyentlər imtahana gələrkən aşağıdakı sənədləri özləri ilə gətirməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin əsli;
- Qabiliyyət imtahanına buraxılış vərəqəsi;
- Proqram forması.
Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.
Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə ediləcək.