Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti üzrə tam orta təhsil səviyyəsinin 5601 (aktyor sənəti) , 5701-ci (bədii yaradıcılıq) qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçən abituriyentlər buraxılış vərəqələrini 19 iyul tarixindən etibarən buradan çap edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, yer və saat göstərilir.
Abituriyentlər imtahana gələrkən aşağıdakı sənədləri gətirməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin əsli;
- Qabiliyyət imtahanına buraxılış vərəqəsi.
Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2026-cı ildə çap olunan xüsusi buraxılışlarında verilib.
Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.
Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də müəyyən olduqca cədvələ əlavə ediləcək.