Dövlət İmtahan Mərkəzi tərəfindən 20 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları üçün “Təlimçilər üçün təlim” keçirilib.
Təlim zamanı Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Miranə Rüstəmli tərəfindən iştirakçılara təqdimata hazırlıq, auditoriya ilə işin əsas xüsusiyyətləri, təqdimatın forma və strukturunun müəyyən edilməsi, təqdimatın strukturunun hazırlanması və tezislərin ardıcıllığının müəyyən edilməsi, auditoriya ilə əlaqənin qurulması, kommunikasiya kanalları, səsin düzgün tənzimlənməsi, təqdimat zamanı bədən dili, ilk təəssüratın yaradılması, praktik təqdimat işləri, elektron təqdimatların hazırlanması və s. mövzularda nəzəri və praktiki məlumatlar verilib.
Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb və təlim iştirakçılarının sualları cavablandırılıb.