Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs tərəfindən "Skanerlərin ehtiyat hissələrinin satın alınması" ilə əlaqədar "açıq tender" satınalma metodu tətbiq olunmuş, qalib elan edilmiş "OCE SOLUTION Məhdud Məsuliyyətli Cəmiyyəti", VÖEN: 1402998371" ilə 158.999,10 (yüz əlli səkkiz min doqquz yüz doxsan doqquz manat on qəpik) AZN məbləğində müvafiq satınalma müqaviləsi bağlanmışdır. Müqavilə 14.10.2025 tarixində qüvvəyə minmişdir və 30.12.2025 tarixində başa çatacaqdır. İşin icra müddəti 20 iş günüdür.