Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs tərəfindən "AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binada və AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi giriş 50 ünvanında yerləşən imtahan korpusunda ayda bir dəfə dezinfeksiya, deratizasiya və dezinseksiya xidmətlərinin satın alınması" ilə əlaqədar "kotirovka sorğusu" satınalma metodu tətbiq olunmuş, qalib elan edilmiş ""SANİTARİYA EPİDEMİOLOJİ XİDMƏTLƏR" Məhdud Məsuliyyətli Cəmiyyəti", VÖEN: 1304999571" ilə 2.775,36 (iki min yeddi yüz yetmiş beş manat otuz altı qəpik) AZN məbləğində müvafiq satınalma müqaviləsi bağlanmışdır. Müqavilə 28.10.2025 tarixində qüvvəyə minmişdir və 28.10.2026 tarixində başa çatacaqdır. İşin icra müddəti 12 aydır.