Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs tərəfindən "AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, S.S Axundov küçəsi, giriş 50 ünvanında yerləşən imtahan korpusunda havalandırma və soyutma sistemlərinə illik texniki xidmətlərin göstərilməsi və ehtiyat hissələrinin alınıb dəyişdirilməsinin (ehtiyac yarandığında) satın alınması" ilə əlaqədar "kotirovka sorğusu" satınalma metodu tətbiq olunmuş, qalib elan edilmiş "AUTODOOR TRADER Məhdud Məsuliyyətli Cəmiyyəti", VÖEN: 1007528951" ilə 46.362,00 (qırx altı min üç yüz altmış iki manat) AZN məbləğində müvafiq satınalma müqaviləsi bağlanmışdır. Müqavilə 03.11.2025-ci il tarixində qüvvəyə minmişdir və 03.11.2026-cı il tarixində başa çatacaqdır. İşin icra müddəti 12 aydır.