Dövlət İmtahan Mərkəzi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 6 aprel 2019-cu il tarixində Tərtər rayonu Ağkənd kənd kitabxanasında şagird və müəllim heyəti ilə görüş keçirilib. Görüşdə Tərtər rayonu Cəmilli, Dəmirçilər və Bala Kəngərli kənd tam orta məktəblərinin şagirdləri, müəllimlər, Tərtər Rayon İcra Hakimiyyəti, Dövlət İmtahan Mərkəzi ,Tərtər rayon Təhsil şöbəsinin nümayəndələri, Neft-Kimya Prosesləri İnstitututunun direktoru akademik Vaqif Abbasov və kənd ziyalılarının iştirak ediblər.
Görüşdə, RİH-nin başçısı Müstəqim Məmmədov, akademik Vaqif Abbasov çıxış edib, həmçinin DİM-in Bərdə Regional Bölməsinin əməkdaşı tərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının yeni qaydaları və sənəd qəbulu ilə bağlı şagirdləri və müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Bundan əlavə, Dövlət İmtahan Mərkəzi tərəfindən Ağkənd kənd kitabxanasına “Abituriyent “ jurnalı redaksiyasının nəşr etdirdiyi yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqları, test topluları, eləcə də “Abituriyent” jurnalının xüsusi buraxılışları hədiyyə edilib.