6 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında olan əməkdaşlıq çərçivəsində “Təşkilata uyğun zəruri səriştələrin müəyyən edilməsi üsulları” mövzusunda nəzəri və praktik hissələrdən ibarət təlim keçirilib.
Təlim zamanı DİM-in Psixoloji iş və maarifləndirmə sektorunun müdiri Xavər Dadaşova və aparıcı məsləhətçisi Gülü Əliyeva tərəfindən zəruri səriştələrin müəyyən edilməsinə olan yanaşmalar, mərhələlər, təhlil xüsusiyyətləri, açar səriştələrin müəyyən edilməsi yolları haqqında iştirakçılara məlumat verilib. Qulluq funksiyalarından irəli gələrək müvafiq səriştələrin düzgün müəyyən edilməsi məqsədilə praktiki tapşırıqlar üzərində işlənilib və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, dövlət qurumları, özəl sektor və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcək.
Təlimlərdə iştirak etmək istəyən şəxslər r.cahangirbayli@dim.gov.az elektron poçt ünvanına yaza və ya (012) 310 53 16 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.