26-27 noyabr 2024-cü il tarixlərində Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Gündüz Əhmədli tərəfindən “Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili” mövzusunda Azərbaycan Respublikasının Audiovizual Şuranın əməkdaşları üçün təlim keçirilib.
Təlim zamanı təşkilati mədəniyyət anlayışına toxunulmuş, təşkilati mədəniyyətin növləri barədə danışılmış, eləcə də praktiki məsələlər müzakirə edilmişdir. Eyni zamanda dövlət qulluğunda təşkilati mədəniyyətin rolu barədə geniş diskussiya aparılmışdır.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.