Dövlət İmtahan Mərkəzi tərəfindən 26 noyabr 2026-cı il tarixində təlimçi Anar Həsənov tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşları üçün “Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili” mövzusunda təlim keçirilib.
Təlim zamanı iştirakçılara təşkilati mədəniyyətə təsir edən faktorlar, xidmət zamanı işgüzar etika, vətəndaş ilə danışıq prosesinin sürətləndirilməsi (vaxta qənaət), dinləmə və izahetmə bacarıqları, xidmət zamanı stress yaradan faktorlar, münaqişəli vəziyyətləri yaradan səbəblər və onların idarə edilməsi və s. barədə ətraflı məlumat verilib. Bununla yanaşı qeyd olunan mövzular üzrə individual və qrup halında təşkil edilən interaktiv tapşırıqlar edilib.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.