Təsviri sənət istiqamətinə aid 13, 1602 və 211-ci qabiliyyət imtahanları komissiyaları üzrə Gəncə şəhərində imtahan verəcək abituriyentlər buraxılış vərəqələrini buradan çap edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, yer və saat göstərilir.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
- Qabiliyyət imtahanına buraxılış vərəqəsi.
Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2026-cı ildə çap olunan xüsusi buraxılışlarında verilib.
Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.
Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də müəyyən olduqca cədvələ əlavə ediləcək.