21 – 23 iyul tarixlərində Azərbaycan Rəssamlıq Akademiyasında keçiriləcək Təsviri sənət istiqamətinin 10 (rəngkarlıq), 11 (qrafika) və 12-ci (heykəltaraşlıq) komissiyaları üzrə qabiliyyət imtahanlarının nəticələri ilə bağlı Apellyasiya komissiyası iyulun 23-də təşkil ediləcək.
Apellyasiya komissiyası saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək.
|
Tarix |
Vaxt |
Komissiyanın nömrəsi |
Fənn |
Ünvan |
|
23.07.2026 |
09:00-16:00 |
10 - rəngkarlıq 11 - qrafika |
Rəngkarlıq |
Azərbaycan Rəsamlıq Akademiyası, Heydər Əliyev prospekti 24 |
|
23.07.2026 |
16:00-17:00 |
12 - heykəltaraşlıq |
Yapma |
Azərbaycan Rəsamlıq Akademiyası, Heydər Əliyev prospekti 24 |
Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi ilə birlikdə şəxsən binaya yaxınlaşıb, ərizə yazmalıdırlar. Abituriyentlərin müraciətlərinə yerində baxılacaq.