14-cü komissiya üzrə imtahan verən abituriyentlərin qabiliyyət imtahanına buraxılış vərəqəsinin növbəli şəkildə aktiv edilməsi yekunlaşıb. 9 – 11 iyul tarixlərində keçiriləcək qabiliyyət imtahanlarında iştirak etmək üçün 14-cü komissiya üzrə qeydiyyatdan keçmiş sonuncu abituriyentlər (subbakalavrlar) Qabiliyyət imtahanına buraxılış vərəqəsi ” çap edə bilərlər.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
- Qabiliyyət imtahanına buraxılış vərəqəsi;
Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2026-cı ildə çap olunan xüsusi buraxılışlarında verilib.
Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.
Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də müəyyən olduqca cədvələ əlavə ediləcək.