• Llinkedin
  • Facebook
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      Tovuz, Gəncə və Göyçay şəhərlərində xarici dil müəllimləri ilə görüş keçirilib

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      01.07.2026 14:58

      27 - 29 iyun 2026-cı il tarixlərində Dövlət İmtahan Mərkəzinin təşəbbüsü və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Tovuz, Gəncə və Göyçay şəhərlərində müvafiq olaraq 182, 365 və 80 xarici dil müəlliminin iştirakı ilə görüşlər təşkil olunub.

      Tədbirlərdə Dövlət İmtahan Mərkəzinin Şəmkir regional bölməsinin müdiri Faiq Həsənov, Gəncə regional bölməsinin müdiri Nəsimi Məmmədov və Göyçay regional bölməsinin müdiri Elnur Qədirov çıxış edərək bu cür görüşlərin regionlarda təşkilinin vacibliyini vurğulayıb və onların maarifləndirmə baxımından mühüm rol oynadığını bildiriblər.

      DİM-in Dövlət dili və xarici dillər şöbəsinin müdiri Könül Hacıyeva çıxışında xarici dil fənləri üzrə qiymətləndirmə sistemində həyata keçirilən yeniliklər, yeni imtahan modelinin əsas xüsusiyyətləri, istifadə olunan qiymətləndirmə meyarları barədə ətraflı məlumat təqdim edib. O, xarici dil fənni üzrə yeni imtahan modelinə daxil edilən yazı tapşırığının xüsusiyyətlərini izah edərək bu istiqamətdə metodiki tövsiyələrini iştirakçıların diqqətinə çatdırıb. Qeyd olunub ki, yenilənmiş imtahan modelinin başlıca məqsədi şagirdlərin reseptiv və produktiv dil bacarıqlarını real ünsiyyət şəraitinə daha yaxın mühitdə obyektiv qiymətləndirməkdir.

      Bildirilib ki, yeni imtahan modelinə uyğun olaraq 2027-ci ildən etibarən şagirdlərdən minimum 100 sözdən ibarət qısa mətn yazmaları tələb olunacaq. Bu yenilik onların yazılı ifadə bacarıqlarını, fikirlərini məntiqi və ardıcıl şəkildə təqdim etmə qabiliyyətini, eləcə də dil vasitələrindən istifadə səviyyəsini daha dolğun qiymətləndirməyə imkan verəcək. Eyni zamanda qeyd edilib ki, sözügedən dəyişiklik tədris prosesində yazı bacarıqlarının formalaşdırılması və inkişafına daha sistemli yanaşılmasını tələb edir.

      Görüşlər zamanı Qazax-Tovuz, Gəncə-Daşkəsən, Dağlıq Şirvan və Mil-Muğan iqtisadi rayonlarının 9 və 11-ci sinif şagirdlərinin buraxılış imtahanlarında xarici dil fənni üzrə orta statistik balları da təqdim edilib. Statistik göstəricilərin daha ətraflı təhlili region daxilində ayrı-ayrı rayonların nəticələri arasında müəyyən fərqlərin mövcud olduğunu göstərir. Bununla yanaşı, əldə edilmiş nəticələrin daha da yaxşılaşdırılması üçün metodiki dəstəyin göstərilməsinin zəruri olduğu qeyd edilib.

      Plenar iclasdan sonra tədbir ingilis, rus, alman və fransız dilləri üzrə keçirilən seminarlarla davam edib. DİM-in müvafiq fənlər üzrə kuratorları – Murad Muradov (alman dili), Fatma Ağayeva (fransız dili), İlahə Nəbizadə (ingilis dili), Gülayə Cavadova (ingilis dili) və Xalidə Babaşova (rus dili) çıxış edərək yeni imtahan modelində nəzərdə tutulan dəyişikliklər barədə iştirakçılara ətraflı məlumat veriblər.

      Seminarlar çərçivəsində iştirakçılara tətbiq ediləcək modeldəki dəyişikliklər barədə məlumatlar təqdim edilib, dinləmə və oxu mətnlərində istifadə edilən test tapşırıqlarının cavablandırılmasına dair metodiki tövsiyələr verilib, qiymətləndirmə meyarları və yazı tapşırığına dair nümunə cavablar təqdim edilərək ətraflı müzakirə aparılıb. Tədbirin sonunda müəllimlərin sualları cavablandırılıb, iştirakçılar arasında sorğu keçirilib və tətbiq edilən yeniliklərlə bağlı geniş fikir mübadiləsi aparılıb.


      Foto
      • 1
      • 2
      • 3
      • 4
      • 5
      • 6
      • 7
      • 8
      • 9
      • 10
      • 11
      • 12
      • 13
      • 14
      • 15
      • 16
      • 17
      • 18
      • 19
      • 1
      • 2
      • 3
      • 4
      • 5
      • 6
      • 7
      • 8
      • 9
      • 10
      • 11
      • 12
      • 13
      • 14
      • 15
      • 16
      • 17
      • 18
      • 19

      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2026 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Instagram
      • YouTube
      • Telegram