Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq.
İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib https://eservices.dim.gov.az/erizetex/ixtisas2/ internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.
Müsabiqədə yalnız ərizəsini təsdiq etmiş abituriyentlər iştirak edə bilərlər.
Boş qalan yerlərin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub. Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://shorturl.at/B4g0M
Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında ödəniş etməklə əldə etmək olar.