Mayın 4-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Dövlət Gömrük Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə dövlət qurumları arasında intellektual oyun keçirilib.
“Gülüstan” sarayında keçirilən və Dövlət İmtahan Mərkəzinin də yer aldığı tədbirdə 37 dövlət qurumunu təmsil edən komanda iştirak edib.
Komandamız yarışın nəticələrinə görə II yerin qalibi olub.
Qeyd edək ki, intellektual oyun 7 turdan, 42 sualdan ibarət olub. İkinci turun sualları Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilib.