Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birlikdə Kollegiyaya üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.
Test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni bu linkə daxil olaraq çap edə bilərlər.
Test imtahanı 7 may 2026-cı il tarixində saat 10:00-da DİM-in elektron imtahanlar korpusunda (Bakı ş. Binəqədi r. S.S.Axundov, 50) kompüterlər vasitəsilə keçiriləcək.
Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.