Dövlət İmtahan Mərkəzi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün 21 dekabr 2025-ci il tarixində test imtahanı keçirəcək.
İmtahan iştirakçıları bu linkə daxil olub imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi” mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.