4 oktyabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin inzibati binasında DİM-in Dövlət strategiyası ilə iş və insan kapitalı inkişafı şöbəsinin aparıcı məsləhətçisi Gündüz Əhmədli tərəfindən “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim təşkil edilib. Təlimdə Dövlət Turizm Agentliyinin əməkdaşları iştirak edib.
Təlim zamanı iştirakçılara fəaliyyətin qiymətləndirilməsi anlayışı, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası və həmin qaydada yer alan prosedur və düsturlar ətraflı izah edilib, qiymətləndirilmə prosesi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.