Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar 13 sentyabr 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin inzibati binasında Bakı şəhərində yerləşən yerli icra hakimiyyəti orqanlarının vətəndaşlarla bilavasitə işləyən 22 nümayəndəsi üçün “Təşkilat mədəniyyəti və vətəndaşlarla işin effektiv təşkili” mövzusunda təlim keçirilib.
Təlim zamanı iştirakçılar təşkilat mədəniyyətinin əsasları, təşkilati mədəniyyətin vətəndaşlara xidmətin keyfiyyətinə təsiri, vətəndaşlarla işin əsas xüsusiyyətləri mövzularında nəzəri və praktiki biliklərə yiyələniblər.