19 yanvar 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Psixoloji iş və maarifləndirmə sektorunun böyük məsləhətçisi Sevinc Məmmədova tərəfindən “Yetkin yaşlı şəxslərin imtahan prosesində həyəcanı” mövzusunda vebinar keçirilib. Vebinarda 30 nəfər iştirak edib.
Vebinar zamanı yetkinlik yaşının xüsusiyyətləri, imtahan zamanı yaranan narahatlıq hissinin səbəbləri, imtahan həyəcanının neqativ nəticələri, imtahanqabağı ümumi dəstək strategiyası, imtahanlardan uğurla keçməyə hazır olan insanın psixoloji portreti haqqında məlumat verilib. Vebinar zamanı iştirakçıların sualları cavablandırılıb və onlara müvafiq tövsiyələr verilib.
Xatırladaq ki, “Yetkin yaşlı şəxslərin imtahan prosesində həyəcanı” e-psixoloq.az platformasının beşinci vebinarıdır. İştirakçıların geri dönüşləri və müraciətləri əsasında 9 fevral 2023-cü il tarixində növbəti vebinarın “Yeniyetmənin imtahan həyəcanının xüsusiyyətləri barədə valideynlərin məlumatlandırılması” mövzusunda keçirilməsi planlaşdırılır. Bir daha vurğulamaq istərdik ki, vebinara yazıldığınız zaman qeyd etdiyiniz məlumatların, xüsusilə imeyl ünvanının düzgünlüyündən əmin olun.
Vebinarlar haqqında məlumat almaq istəyən şəxslər aşağıda qeyd olunan mənbələrə müraciət edə bilərlər:
– e-psixoloq.az (sayt)
– @e_psixoloq.az (instaqram)
– @epsixoloqaz (feysbuk)