İmtahan 8 iyul 2026-cı il tarixində DİM-in elektron imtahanlar korpusunda təşkil olunub.
İmtahanda 41 nəfər iştirak edib.
Qeyd edək ki, bu kvalifikasiyalar azyaşlıları (6-12 yaş) ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.
Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Qualifications (Kembric ingilis dili kvalifikasiyaları), Cambridge English Teaching (Kembric ingilis dilinin tədrisi) imtahanlarını təşkil edir.
İştirakçılar imtahan nəticələrinii 6 həftə sonra onlayn şəkildə öyrənə bilərlər.
Əlavə məlumat üçün international@dim.gov.az elektron poçtuna suallarınızı ünvanlaya bilərsiniz.