• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      Zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması prosesi başa çatıb

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti

      Zal nəzarətçisi sertifikatı əldə etmiş 1628 nəfər imtahanların idarəedilməsi prosesinə cəlb ediləcək

      15.02.2024 04:55

      Məlumat üçün bildiririk ki, sertifikat əldə etmək üçün qeydiyyat prosesi 18 sentyabr – 20 oktyabr 2023-cü il tarixlərində aparılıb və bu müddət ərzində 3844 nəfər öz ərizəsini təsdiq edib.

      Qeydiyyatdan keçmiş namizədlər ilk olaraq müsahibəyə dəvət edilib. Müsahibə mərhələsində namizədlərin tələblərə uyğunluğu yoxlanılıb və psixometrik test imtahanına cəlb ediliblər. Psixometrik test imtahanında namizədlərin idarəetmə lokusu, emosional sabitlik, liderlik və özünüidarəetmə keyfiyyətləri ölçülüb. Müsahibə üçün qeydiyyatdan keçmiş 3275 namizəddən 2007 nəfər uğurlu nəticə əldə edərək növbəti mərhələdə - ümumi intellekt səviyyəsinin yoxlanılması imtahanında iştirak hüququ qazanıb.

      Ümumi intellekt səviyyəsinin yoxlanılması imtahanında namizədlərə 30 test tapşırığı təqdim olunub. Bu imtahan namizədlərdə söz ehtiyatının zənginliyi, sözlə ifadə olunmuş məlumatı müqayisə etmə və ümumiləşdirmə, vizual məlumatı təhlil etmə, eləcə də riyazi təfəkkürün inkişaf səviyyəsini qiymətləndirməyə kömək edir. İmtahan üçün qeydiyyatdan keçmiş 1947 namizəddən 1813 nəfər 40%-dən yuxarı nəticə göstərərək növbəti mərhələyə keçib və iki günlük təlimlərə cəlb edilib.

      Birinci – “İmtahan prosesinin psixoloji xüsusiyyətləri” təlimi imtahan prosesinə aid stres və təlaş, imtahana cəlb olunan tərəflərin psixoloji portretləri, ilkin təəssüratın imtahan gedişatına təsiri, imtahan prosesində ünsiyyət xüsusiyyətləri və imtahana psixoloji hazırlıq mövzularını əhatə edib. Bu təlimdə 1759 namizəd iştirak edib.

      “DİM tərəfindən keçirilən imtahanlar, imtahan proseduru və zal nəzarətçilərinin fəaliyyəti” adlı ikinci təlimdə Mərkəz haqqında ümumi məlumat, imtahanlar, onların təşkili və idarə edilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarə edilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilib və fikir mübadiləsi aparılıb. Bu təlimdə 1752 namizəd iştirak edib.

      Sonuncu mərhələdə namizədlər təlimlər zamanı əldə etdikləri nəzəri biliklərin yoxlanılması üçün yekun test imtahanına cəlb ediliblər. İmtahanda namizədlərə 30 test tapşırığı təqdim olunub. Yekun test imtahanında 1751 namizəd iştirak edib.

      Ümumi nəticəsi 60% və daha yüksək olan 1628 namizəddən 79 nəfər “A” və 1549 nəfər “B” kateqoriyalı zal nəzarətçisi sertifikatı əldə edərək DİM-in elektron nəzarətçilər bazasına daxil edilib. Bu nəzarətçilər onlarla xidməti müqavilə bağlandıqdan sonra 2024-cü ilin mart ayından etibarən imtahanlara cəlb ediləcəklər.

      Nəzərinizə çatdırırıq ki, indiyə qədər 4810 nəfər zal nəzarətçisi sertifikatı əldə edib.

      Xatırladaq ki, imtahanlara təyinat zamanı sertifikat əldə etmiş zal nəzarətçilərinə üstünlük verilir.

      Qeyd: zal nəzarətçisi sertifikatı əldə etmək istəyən şəxslər üçün növbəti qeydiyyatın cari ilin sentyabr ayından etibarən yenidən başlanılması nəzərdə tutulur.


       


      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2025 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram