Müsahibə zamanı namizədin psixoloji hazırlığı, ümumi dünyagörüşü, nitqi və s. zəruri keyfiyyətləri yoxlanılır.
Müsahibənin nəticəsi məqbul və ya qeyri-məqbulla qiymətləndirilir. Namizədlərin nəticələri ilə bağlı məlumatlar elektron poçt ünvanlarına göndərilir.
Cari ildə zal nəzarətçisi sertifikatı əldə etmək üçün 1276 nəfər qeydiyyatdan keçib. Bu günədək keçirilən müsahibələrə 675 namizəd dəvət edilib və 417 nəfər müsahibədən uğurlu nəticə əldə edərək növbəti mərhələyə keçib.
Qeyd edək ki, müsahibədən məqbul alaraq test imtahanı üçün qeydiyyatdan keçən namizədlər yaxın günlərdə psixometriya və ümumi intellekt səviyyəsinin yoxlanılması üçün elektron imtahana cəlb ediləcəklər.
Xatırladaq ki, imtahanlara təyinat zamanı fəaliyyəti sertifikatlaşdırılmış zal nəzarətçilərinə üstünlük verilir.