Xəbərlər
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə avqustun 10-da şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Lerik rayonunda vətəndaşları qəbul etmişdir
Ölkə əhalisinin maarifləndirilməsi və təhsil alan gənclərin elmi biliklərinin artırılmasında birgə fəaliyyətin təşkili, müştərək maarifləndirici layihələrin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi arasında əməkdaşlıq haqqında Saziş imzalanıb
Jurnalının bu nömrəsində ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin siyahısı, qəbul olduqları ixtisasların kodları, ixtisaslar üzrə formalaşmış keçid balları və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunmuşdur
Jurnalın bu nömrəsində 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul haqqında elan, müsabiqə şərtləri, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaların seçilməsi və təsdiqi üçün təlimat, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nin nümunəsi, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerləri olan ixtisaslaşmalarının siyahısı, magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbulun proqnozu və digər zəruri məlumatlar təqdim olunmuşdur
Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr etmişdir
Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr etmişdir
“Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Dövlət qulluğu” jurnalının 5-ci sayı nəşr olunmuşdur
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iyulun 12-də şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Tovuz rayonunda vətəndaşları qəbul etmişdir
Jurnalı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar
Qəbulda Şəki şəhərinin sakinləri ilə yanaşı Qax, Zaqatala, Balakən, Oğuz rayon sakinləri, həmçinin bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər də iştirak etmişlər
DİM bu gün Avropa İttifaqı ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının birgə təşəbbüsü olan SIGMA (Rəhbərlik və İdarəetmədə Təkmilləşdirməyə Dəstək) proqramı çərçivəsində həyata keçirdiyi “Dövlət orqanlarında daxili nəzarət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi” ilə bağlı birgə layihə çərçivəsində növbəti seminar keçirir.
Jurnalın bu nömrəsində 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul imtahaninin ikinci mərhələsi və ixtisas seçimi haqqında elan, “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilmişdir