• Llinkedin
  • Facebook
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti Londona işgüzar səfər edib

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      08.06.2026 14:55

      8 – 10 iyun 2026-cı il tarixlərində Böyük Britaniyanın paytaxtı Londonda e-Qiymətləndirmə Assosiasiyasının (e-Assessment Association – eAA) illik konfransı keçirilir. Konfransda Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

      Konfransın builki əsas mövzusu “Etimadın vacibliyi – dürüstlük və şəffaflıq prinsiplərinə əsaslanan innovasiya”dır.

      8 iyun 2026-cı il tarixində DİM-in İdarə Heyətinin sədri M.Abbaszadə konfransda “Milli imtahanlar üzrə dəyirmi masa” çərçivəsində çıxış edərək DİM-in elektron qiymətləndirmə sahəsində topladığı təcrübə, imtahanların təhlükəsizliyinin təmin edilməsi, innovativ texnologiyaların tətbiqi, süni intellekt imkanlarından istifadə, habelə qiymətləndirmə proseslərinin şəffaflığının və etibarlılığının artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

      Sədr bildirib ki, Dövlət İmtahan Mərkəzi hər il ölkənin təhsil və peşə inkişafı trayektoriyalarına birbaşa təsir göstərən çoxsaylı yüksək əhəmiyyətli imtahanlar təşkil edir. Hər il təxminən 700 min nəfər Mərkəzin həyata keçirdiyi 45 müxtəlif növ qiymətləndirmə və imtahan prosesində iştirak edir. Məhz buna görə də genişmiqyaslı rəqəmsal qiymətləndirmə formatlarına keçid zamanı etibarlılıq, infrastrukturun dayanıqlılığı, informasiya təhlükəsizliyi və insan resurslarının hazırlıq səviyyəsi əsas prioritet istiqamətlər kimi nəzərdən keçirilir. Hazırda infrastruktur imkanlarının qiymətləndirilməsi üzrə tədqiqatlar aparılır, həmçinin beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində müxtəlif texnoloji həllər öyrənilir və təhlil edilir. Bu fəaliyyətlər gələcək transformasiya prosesinin elmi əsaslara söykənən və risklərin effektiv idarə olunmasına imkan verən model üzrə həyata keçirilməsinə xidmət edir. Təcrübəmiz göstərir ki, texnoloji həllərin tətbiqi nisbətən qısa müddətdə reallaşdırıla bilər. Lakin yeni qiymətləndirmə sisteminə ictimai etimadın formalaşdırılması daha mürəkkəb və uzunmüddətli prosesdir. Buna görə də rəqəmsal transformasiya mərhələli şəkildə həyata keçirilməli, hər bir dəyişiklik əvvəlcədən planlaşdırılmalı və peşəkar şəkildə idarə olunmalıdır. Bu baxımdan uğurlu rəqəmsal transformasiyanın əsas göstəricisi yalnız texnologiyanın tətbiqi deyil, həm də sistemin etibarlılığına, ədalətliliyinə və nəticələrinin obyektivliyinə dair ictimai inamın qorunub saxlanılmasıdır.

      M.Abbaszadənin çıxışının tam mətni ilə buradan tanış ola bilərsiniz.

      Qeyd edək ki, e-Qiymətləndirmə Assosiasiyası rəqəmsal imtahan və qiymətləndirmə texnologiyalarının inkişafını təşviq edən, bu sahədə fəaliyyət göstərən qurumlar və mütəxəssislər arasında əməkdaşlığın genişləndirilməsini dəstəkləyən beynəlxalq təşkilatdır. Assosiasiyanın illik konfransı qiymətləndirmə sahəsində innovativ yanaşmaların, yeni texnologiyaların və qabaqcıl təcrübələrin müzakirəsi üçün mühüm platforma hesab olunur.

      10 iyun 2026-cı il tarixində konfrans çərçivəsində DİM-in Rəqəmsal inkişaf, innovasiyalar və strateji layihələrin idarə edilməsi şöbəsinin müdiri E.Şirinov “Kütləvi imtahanlarda elektron qiymətləndirmənin dürüstlüyünün, etibarlılığının və şəffaflığının təmin edilməsi: Azərbaycanda on illik təcrübə” mövzusunda təqdimatla çıxış edəcək.

      Londona səfər çərçivəsində iyunun 11-də sədr M.Abbaszadə və DİM-in  Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri K.Hacıyeva  Kembric Universitet Nəşriyyatı və Qiymətləndirmə (https://www.cambridge.org) və ALTE Katibliyinin (https://www.alte.org) nümayəndələri ilə də görüş keçirəcək. Görüşlər zamanı liderlik, qabaqcıl psixometriya və süni intellekt istiaqmətləri üzrə peşəkar inkişaf təlimləri, süni intellekt əsaslı tapşırıq hazırlanması (o cümlədən dil imtahanları üzrə), milli və beynəlxalq imtahanların müqayisəli təhlili, ingilis dili imtahanlarının dəyərləndirilməsi və təhlili, Azərbaycan dili üzrə sertifikatlaşdırma imtahanının inkişafı, ALTE üzvlüyü və digər məsələlər müzakirə olunacaq.

      Növbəti gün isə PeopleCert, LanguageCert və City & Guilds təşkilatlarının nümayəndələri ilə görüşlər keçiriləcək. Görüşlərdə dövlət qulluğu üzrə qiymətləndirmə mexanizmləri, səriştə əsaslı qiymətləndirmə yanaşmaları, qiymətləndirmədə süni intellekt və qabaqcıl psixometriya sahələrində potensial əməkdaşlıq imkanları, eləcə də gələcək tərəfdaşlıq perspektivləri müzakirə ediləcək.

      E.Şirinov isə 11 – 12 iyun tarixlərində Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın (The International Association for Educational Assessment -  IAEA) strateji inkişaf istiqamətlərinin müzakirə olunduğu illik görüşündə iştirak edəcək. O, bu görüşdə DİM-in nümayəndəsi olaraq IAEA-nın Qəyyumlar Şurasının üzvü qismində iştirak edir (https://iaea.info/about-us/iaea-board-of-trustees/).


      Foto
      • 1
      • 2
      • 3
      • 4
      • 5
      • 1
      • 2
      • 3
      • 4
      • 5

      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2026 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Instagram
      • YouTube
      • Telegram