• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      Dövlət İmtahan Mərkəzi ACCA-lə birgə “EY və ACCA ilə yeni üfüqlərə doğru’’ adlı tədbir keçirib

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti

      15 sentyabr 2022-ci il tarixində DİM-in inzibati binasında ümumilikdə 78 nəfərin iştirak etdiyi “EY və ACCA ilə yeni üfüqlərə doğru’’ adlı ödənişsiz seminar təşkil olunub

      15.09.2022 22:48

      Tədbirdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, ACCA-in Türkiyə qolunun (Türkiyə, Azərbaycan və Gürcüstan) rəhbəri Filiz Demiröz, Market inkişafı üzrə meneceri Ülgen Coşkun Kıymık, “Ernst & Young Global Limited Azərbaycan”nın (EY) nümayəndələri və Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsində təhsil alan tələbələr iştirak ediblər.

      Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Vətənimizin müstəqilliyi və azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

      Tədbiri giriş sözü ilə açan DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə maliyyə sahəsində fəaliyyət göstərən bir çox dövlət qurumları və özəl şirkətlərlə birgə layihələr təşkil etməyin önəmini vurğulayıb. Sədr çıxış zamanı insan kapitalının davamlı inkişafını təmin etməyin, maliyyə sektorunun bütün seqmentlərinin maliyyə sabitliyinin tənzimlənməsi və beynəlxalq standartlara uyğunlaşdırılmasının, həmçinin ACCA və EY Azərbaycanın başlayacağı layihə çərçivəsində keçiriləcək təlimlərin tələbələr üçün əlçatanlığının vacibliyini qeyd edib.

      Tədbirdə ACCA-in Türkiyə qolunun (Türkiyə, Azərbaycan və Gürcüstan) rəhbəri Filiz Demiröz ACCA-in mühasibatlıq sahəsində karyeraları dəyişən tendensiyaları, fərdlərin karyeralarını inkişaf etdirə biləcəyi yeni yaranan yollar və zonaları araşdıran “Gələcəyə hazır ol: 2020-ci illərdə mühasib peşəsi” adlı tədqiqatının əsas nəticələrini bölüşüb. 

      Daha sonra “Ernst & Young Global Limited Azərbaycan” (EY) şirkətinin direktor müavini Samirə Şabanova Azərbaycanda karyera imkanları, audit, mühasibat uçotu və konsaltinq sektorunun trend mövzuları, mühasibat və maliyyə sektorunun karyeraya necə təkan verə biləcəyi və yeni qazanılmış peşəkar və texniki bacarıqların yüksək vəzifələrə apara biləcək yolu haqqında çıxış edib.

      Bundan əlavə, şirkətin İnsan resursları departamentinin mütəxəssisi Fəridə İsrafilbəyova EY Azərbaycanın ACCA ilə birgə “Öyrən, bitir və işlə” layihəsinə start verəcəyini qeyd edib. Layihə haqqında məlumat verən mütəxəssis tədbirin sonunda tələbələrin suallarını cavablandırıb.

      Layihə çərçivəsində tərəflərin birgə səyi ilə gənclərin məşğulluğunu təşviq etmək və tələbələrə imtahanlar və gələcək işəgötürənlərlə müsahibələrdən uğurla keçmək üçün onların ACCA Sertifikatlaşdırılmasına başlamağına kömək göstərilməsi nəzərdə tutulur.

      ACCA və EY Azərbaycan proqramı birgə maliyyələşdirəcək və qeydiyyatdan keçmiş tələbələr üçün bəzi imtiyazlar təmin ediləcək, həmçinin qeydiyyat və proqram təşkilatçılığına kömək göstəriləcək. EY Azərbaycan layihənin 2 seçim mərhələsindən uğurla keçən 3 tələbənin ACCA kvalifikasiya imtahanlarında iştirakı üçün hazırlıq materiallarını təmin edəcək və qeydiyyat xərclərini qarşılayacaqdır.

      Qeyd edək ki, DİM 2020-ci ilin avqust ayından etibarən ACCA-in rəsmi test mərkəzi kimi fəaliyyət göstərir. DİM-də ACCA imtahanları kompüter əsaslı formada keçirilir və namizədlər müvafiq qaydada qeydiyyatdan keçməklə imtahan verə bilərlər.

      İmtahanda iştirak etmək üçün qeydiyyat linki:

      https://eservices.dim.gov.az/iexams/az/login.aspx


      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 33
      © 2025 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram