İmtahan 2025-ci il mayın 3-də Dövlət İmtahan Mərkəzinin Akademik Həsən Əliyev küçəsi, 299 və Süleyman Sani Axundov küçəsi, 50 ünvanlarında yerləşən inzibati binalarında təşkil olunub.
İmtahanda 1 əcnəbi olmaqla, ümumilikdə 197 nəfər iştirak edib.
Növbəti imtahanın 2025-ci il iyunun 7-də keçirilməsi nəzərdə tutulur.
Faydalı keçidlər:
- Rəqəmsal SAT barədə DİM-in rəsmi internet səhifəsində ətraflı məlumat: https://dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/sat-imtahanlari
- Rəqəmsal SAT barədə “College Board”un rəsmi internet səhifəsində ətraflı məlumat: https://satsuite.collegeboard.org/digital
Əlavə sual yarandığı halda qeyd olunan elektron poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz: international@dim.gov.az