Görüşdə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə, Qarabağ Universitetinin “İncəsənət” fakültəsinin dekanı Türkər Qasımzadə, Bakı Xoreoqrafiya Akademiyasının Elmi işlər üzrə prorektoru Həbibə Məmmədova, Bakı Musiqi Akademiyasının dekanları Nəzakət Rimazi və Gülzar Mahmudova, Naxçıvan Dövlət Universitetinin nümayəndələri və Dövlət İmtahan Mərkəzinin müvafiq struktur bölmələrin əməkdaşları iştirak ediblər.
Görüş zamanı 2026/2027-ci tədris ili üçün qabiliyyət imtahanlarının müsabiqə şərtləri, keçiriləcək qabiliyyət imtahanları ilə əlaqədər ali təhsil müəssisələri ilə keçirilən seminar – görüşlərin yekunu haqqında qarşılıqlı razılıq əsasında nəticələr səsləndirilib.
Dövlət İmtahan Mərkəzi və ali təhsil müəssisələrinin birgə razılığı ilə “İnstrumental ifaçılıq” ixtisası (alətlər) üzrə təhsil tələbi və qabiliyyət imtahanları bütün ali təhsil müəssisələri üzrə eyniləşdirilərək aşağıdakı cədvələ uyğun birləşdirilib.
|
İxtisas |
Musiqi təhsili üzrə tələb |
Qabiliyyət imtahanları |
|
İnstrumental ifaçılıq: fortepiano, orqan, klavesin, violin, klarnet, saksofon, fleyta, tar, kamança, qanun
|
11 illik və ya kollec təhsili |
1. İxtisas 2. Nəzəriyyə imtahanı (Musiqi nəzəriyyəsi və solfecio Harmoniya, Musiqi ədəbiyyatı) |
|
İnstrumental ifaçılıq: viola, violonçel, arfa, kontrabas, gitara, truba, tuba, valtorna, trombon, qoboy, faqot, zərb alətləri, qarmon, nağara, saz, balaban, zurna, ney, tütək |
5 illik |
1.İxtisas, 2. Musiqi nəzəriyyəsi və solfecio
|
Abituriyentlərə nəzəriyyə fənləri üzrə test tapşırıqlarının saylarını təqdim edirik:
“İnstrumental ifaçılıq” ixtisası - fortepiano, orqan, klavesin, violin, klarnet, saksofon, fleyta, tar, kamança, qanun alətləri üzrə “Nəzəriyyə imtahanı”:
- Musiqi nəzəriyyəsi və solfecio fənni – 20 sual: 5 dinləmə, 15 nəzəri
- Harmoniya fənni – 20 sual: 5 dinləmə, 15 nəzəri
- Musiqi ədəbiyyatı fənni – 20 sual: 8 dinləmə, 12 nəzəri
İnstrumental ifaçılıq ixtisası - viola, violonçel, arfa, kontrabas, gitara, truba, tuba, valtorna, trombon, qoboy, faqot, zərb alətləri, qarmon, nağara, saz, balaban, zurna, ney, tütək alətləri üzrə “Musiqi nəzəriyyəsi və solfecio” imtahanı:
- Musiqi nəzəriyyəsi və solfecio fənni – 30 sual: 5 dinləmə, 25 nəzəri
Qeyd edək ki, nəzəriyyə fənləri üzrə test imtahanı bir gündə keçiriləcək. Abituriyentlərə bir kitabçada fənlər üzrə qapalı tipli test tapşırıqları təqdim olunacaq. Nəzəriyyə fənləri üzrə imtahan proqramları ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
Musiqi nəzəriyyəsi və solfecio fənni üzrə proqram
Musiqi ədəbiyyatı fənni üzrə proqram
Musiqi ədəbiyyatı fənni üzrə proqram (tar, kamança, qanun)
Musiqi sənəti istiqamətinin ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul şərtləri və qaydaları, eləcə də qiymətləndirmə meyarları və forması haqqında bütün məlumatlar “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Musiqi sənəti ” adlı vəsaitdə dərc ediləcək.