Xəbərlər
2018-ci il 9 - 14 sentyabr tarixlərində Böyük Britaniyanın Oksford şəhərində Oksford Universitetinin Təhsildə Qiymətləndirmə Mərkəzinin təşkilatçılığı ilə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assessment) “Qiymətləndirmə və böyük verilənlər” mövzusunda 44-cü illik konfransı keçirilmişdir
Konfrans zamanı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərliyi ilə nümayəndə heyətinin üzvləri 2019-cu il 22-27 sentyabr tarixlərində Bakı şəhərində keçiriləcək IAEA-nın növbəti – 45-ci illik konfransının təqdimatını edəcək
Dövlət İmtahan Mərkəzi 2018/2019-cu tədris ili üçün tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulunun nəticələrini nəşr etmişdir
Dövlət İmtahan Mərkəzi 2018/2019-cu tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulunun nəticələrini nəşr etmişdir
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və “ETS Global” təşkilatının Azərbaycanda səfərdə olan üzvləri ilə ali təhsil müəssisələrinin nümayəndələri arasında görüş keçirilib
ETS Global təşkilatının nümayəndələri tərəfindən ingilis dili müəllimlərinin peşəkar inkişafına yönəlmiş iki “TOEFL iBT Propell” təlimin keçirilməsi nəzərdə tutulub.
DİM 2018/2019-cu tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan etmişdir. Elanın tam mətni “Abituriyent” jurnalının xüsusi buraxılışında çap olunmuşdur
Hər iki jurnal Azərbaycan və rus dillərində təqdim olunub
Bu nömrədə 2018/2019-cu tәdris ili üçün Azәrbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinin boş qalan plan yerləri olan ixtisaslar, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunmuşdur
Bu nömrədə 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı qruplar üzrə (Azərbaycan bölməsi – I, II, III qruplar hər biri ayrıca jurnalda, IV və V qruplar isə birlikdə bir jurnalda, rus bölməsininbütün qrupları isə bir jurnalda) çap olunmuşdur
Jurnalın bu nömrəsində 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbulun nəticələri dərc olunmuşdur
Təlim səfəri Avropa İttifaqı üzvü olan Litvanın yeni vəzifə təsnifatı sisteminə əsaslanan dövlət qulluğuna qəbul sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı ətraflı məlumat toplamaq imkanı verib